Lamin Yamalın əmisi Keynin Qızıl topunu tənqid etdi
Lamin Yamalın əmisi Abdul Cadena SER radisında 2026-cı ilin Qızıl top nəticələrini tənqid edərək Harri Keynin qalib gəlməsini sərt şəkildə pisləyib.

27 oktyabr 2026, Çərşənbə axşamı. Lamin Yamalın əmisi Abdul Cadena SER radiosunda 2026-cı ilin Qızıl top mükafatının nəticələrini tənqid edib və mükafatın Bavariyanın hücumçusu Harri Keynə verilməsinə etirazını bildirib.
Əmisinin sözlərinə görə, Yamal dünyanın ən yaxşı oyunçusudur və insanlar stadionlara Keyn yox, Lamin Yamalı izləmək üçün getməlidirlər. O, Keyni yalnız bombardir adlandıraraq Yamalın daha tam futbolçu olduğunu vurğulayıb.
“Mən çox məyusam, özümü pis hiss edirəm. Qardaşım oğlu möhtəşəm futbolçudur, dünyanın ən yaxşı oyunçusudur və bunu hamı bilir. Futbolu sevirsənsə, stadiona Harri Keyni deyil, Lamin Yamalı izləməyə gedirsən. Keyn sadəcə bombardirdir, Yamal isə ən yaxşısıdır. Onun bəxti gətirmədi. Gələn il hər şey yaxşı olacaq.
Abdul əlavə edib: “İnsanlar deyirlər ki, o, gəncdir və hələ çoxlu mükafat qazanacaq. Amma Harri Keynin oynamağa cəmi üç günü qalıb, ona görə də ‘Qızıl top’u ona verirlər. Lamin hər şeyi qazanıb: İspaniya çempionatını, dünya çempionatını, Superkuboku. O, inanılmaz mövsüm keçirib. Heç kimin vura bilmədiyi qolları vurur, məhsuldar ötürmələr edir - mümkün olan hər şeyi bacarır. O, birdən çox ‘Qızıl top’ qazanacaq. Beş dəfə bu mükafata sahib çıxacaq!”
Qeyd edək ki, 2026-cı ilin Qızıl top mükafatını Harri Keyn qazanıb; Real Madrid-in futbolçusu Kilian Mbappe ikinci, Lamin Yamal isə üçüncü yeri tutub.
Mənbə: GettoSport
Lamin Yamal
Harri Keyn
Qızıl Top
Real Madrid
Kilian Mbappe
Bavariya
Dünya çempionatı
La Liqa


