Lamine Yamal transfer siyasətinə müdaxilə edib
Lamine Yamal "Barselona" rəhbərliyinə böyük hücumçu transferlərinə pul xərcləməməyi və 18 yaşlı Hamza Abdelkərimə şans verilməsini tövsiyə edib.

"Barselona"nın əsas oyunçularından Lamine Yamal klubun transfer planlarına müdaxilə edib. O, rəhbərliyə Erlinq Holann və ya Xulian Alvares kimi ulduz hücumçular üçün böyük məbləğdə xərcləməmək barədə çağırış edib.
Yamal həmçinin komandanın gələcəyinin gənc oyunçular üzərində qurulmasını dəstəkləyib və klubun 18 yaşlı misirli hücumçusu Hamza Abdelkərimə şans verilməsini istəyib.
Bildirilənə görə, Yamal Hamza Abdelkərimi klubda böyük perspektiv və potensiala malik hesab edir. Mənbələrdə onun gənc forvardın inkişafına sərmayə qoymağın daha məqsədəuyğun olduğunu vurğulaması qeyd olunur.
Yamalın bu mövqeyi "Barselona"nın gələcək transfer və istedad inkişafı strategiyasına dair debatları yenidən gündəmə gətirə bilər. Klubun rəhbərliyi və məşqçilər korpusu yaxın vaxtlarda bu məqamları nəzərdən keçirə bilər.
Lamin Yamal
Barselona


