Latviya 15 oyunçu çağırdı, Azərbaycanla oyuna hazırlaşır
Latviya futzal millisi DÇ-2028 əsas mərhələsində Azərbaycanla noyabrın 8-də Bakı İdman Sarayında keçiriləcək oyuna 15 oyunçu ilə gələcək; baş məşqçi Bellarte…

7 noyabr 2026 — Futzal üzrə DÇ-2028-in əsas mərhələsində Azərbaycanla qarşılaşacaq Latviya millisi noyabrın 8-də saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək matça 15 oyunçu çağırıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
Baş məşqçi Massimiliano Bellarte yığmanın heyətini açıqlayıb və qarşılaşma ilə bağlı fikirlərini bölüşüb. O, Azərbaycan millisini təcrübəli və güclü komanda adlandırıb: "Azərbaycan millisi təcürbəli və güclü komandalardan biridir. Onların püşk zamanı ikinci səbətdə qərarlaşmaları təsadüfi deyil."
Bellartenin sözlərinə görə, Bakıdakı oyun onların inkişafı və uğur qazanması üçün vacib fürsətdir: "Bu qarşılaşma bizim böyüməyimiz və uğur qazanmağımız üçün bir fürsətdir. Artıq yüksək səviyyəli yarışlara, seçmə oyunların təzyiqinə uyğunlaşmalıyıq."
Baş məşqçi həmçinin iki il yarım öncə başladığı layihənin məqsədini xatırladıb — Latviya futzalının səviyyəsini yüksəltmək, yerli oyunçuları inkişaf etdirmək və rəqabət aparacaq milli komanda formalaşdırmaq. O, bu istiqamətdə işin davam etdiyini vurğulayıb.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Azərbaycan millisi


