Lionel Messi Argentina millisində son məşqinə çıxdı
Argentina millisinin kapitanı Lionel Messi yığmanın heyətində son məşqini keçirib. Oktyabrın 6-dan 7-sinə keçən gecə son oyunu olacaq.
GettoSport redaksiyası••1 dəq oxu

Argentina millisinin kapitanı Lionel Messi milli komandanın heyətində sonuncu məşqini reallaşdırıb. Otuz doqquz yaşlı hücumçu oktyabrın 5-də yığmanın düşərgəsinə qoşulub və qarşıdakı matçın hazırlıqlarında iştirak edib.
Təcrübəli futbolçu Benin yığmasına qarşı keçiriləcək yoldaşlıq oyununda milli formanı sonuncu dəfə geyinəcək. Oktyabrın 6-dan 7-sinə keçən gecə baş tutacaq bu qarşılaşma onun yıxmadakı vida matçı olacaq.
Qeyd edək ki, Lionel Messi 2005-ci ildən bəri Argentina milli komandasının şərəfini qoruyur. O, bu müddət ərzində dünya çempionu tituluna yiyələnib və iki dəfə Amerika Kubokunun qalibi olub.
Bu xəbərdə
Lionel Messi
Argentina millisi


