Lionel Messi Argentina millisində vida matçını keçirdi
Argentina millisində vida oyununa çıxan Lionel Messi Beninlə qarşılaşmada penaltini dəqiq yerinə yetirib və iki qol ötürməsi ilə yadda qalıb.

Lionel Messi Argentina millisindəki vida oyununda Beninlə qarşılaşmada penalti zərbəsini dəqiq yerinə yetirib və iki qol ötürməsi ilə yadda qalıb.
Otuz doqquz yaşlı hücumçu bu görüşdə ümumilikdə 9 dəfə qapıya zərbə endirib. Bunlardan 5-i çərçivə istiqamətində olub. Təcrübəli futbolçu matç ərzində 4 real qol imkanını boşa verib. O, 65 ötürmədən 49-nu dəqiq ünvanına çatdırıb ki, bu da 75 faiz dəqiqlik deməkdir.
Bundan əlavə, hücumçu 4 dəfə rəqibi aldatmağa cəhd edib və yalnız birində uğur qazanıb. O, 10 ikili mübarizənin 4-də qalib gəlib. Qarşılaşmanın 95-ci dəqiqəsində isə Messi sərbəst zərbədən qapını dəqiq nişan ala bilməyib.
Lionel Messi
Argentina millisi


