Lokomotivun qatarına Voronej yaxınlığında dron düşdü
Rusiyanın Lokomotiv komandasını daşıyan qatar Voronej yaxınlığında dron hücumuna məruz qalıb; beş nəfər xəsarət alıb, komanda tam heyətlə bazaya qayıdıb.

26 oktyabr 2026. Rusiyanın Lokomotiv futbol klubunu və texniki heyətini Moskva şəhərinə aparan qatar Voronej yaxınlığında pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.
Hadisə barədə ilkin məlumatlar rusiyalı jurnalistlərin sosial şəbəkələrdə paylaşımı ilə yayıldı. Bildirilib ki, dron futbolçuların olduğu vaqondan dörd vaqon aralıda bir hissəyə düşüb.
Qəza nəticəsində beş sərnişinin xəsarət aldığı, Lokomotiv həkimlərinin yaralılara yardım göstərdiyi bildirilib.
Hadisədən sonra klub rəsmi açıqlama verərək komandanın tam heyətlə məşq bazasına qayıtdığını və Rusiya Kuboku ilə çempionatın oyunlarına hazırlığa başladığını elan edib. Lokomotiv baş verənlərə görə əməkdaşlarının operativ və peşəkar fəaliyyətinə, həmçinin dəstəyə görə Rusiya Premyer Liqasına və Fakel klubunun rəhbərliyinə təşəkkür edib.
Hadisənin dəqiq səbəbləri və əlavə təfərrüatlar barədə məlumatlar hələ açıqlanmayıb.
Mənbə: GettoSport
Misli Premyer Liqa


