Lotar Matteus Bavariya rəhbərliyini tənqid atəşinə tutub

Almaniya millisinin sabiq üzvü Lotar Matteus Camal Musialanın müqavilə məsələsi ilə bağlı Bavariya rəhbərliyinin ictimai açıqlamalarını doğru saymayıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Lotar Matteus futbol meydançasında
Foto: Offsideplus.az

Almaniya futbolunun əfsanəsi Lotar Matteus "Bavariya" rəhbərliyinin Camal Musialanın gələcəyi ilə bağlı apardığı siyasəti tənqid edib. 1990-cı ilin dünya çempionu klubun rəsmi şəxslərinin məsələni ictimailəşdirməsinin yanlış olduğunu bildirib. Bu barədə Offsideplus.az məlumat yayıb.

Matteus Uli Höness, Yan-Kristian Drezen və Karl-Haynts Rummeniggenin son günlər verdiyi bəyanatlara diqqət çəkərək, tərəfləri birbaşa dialoqa çağırıb: "İki ildir "Bavariya"nı böyük və mehriban bir ailə olduğu üçün tərifləyirdik. Nə üçün klub və Musialanın nümayəndələri sakit bir otaqda bir araya gəlib bu məsələni ictimaiyyətə çıxarmadan həll etmirlər?"

Veteran futbolçu hazırda Musiala tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyini və futbolçunun nümayəndələrinin hələ klubla danışıqlara başlamadığını vurğulayıb. Matteusun fikrincə, bu cür gərginlik ən çox meydanda təzyiq altında olan və komandada zədəlilərin çoxluğu səbəbindən yükü daşıyan Camal Musialaya mənfi təsir göstərir.

Sabiq oyunçu rəhbərliyə məsləhət görüb ki, vəziyyət daha da pisləşmədən futbolçunun təmsilçiləri ilə əlaqə saxlasınlar və məsələni ictimai müzakirələrdən kənarda, masa arxasında həll etsinlər.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər