Mahir Emreli Polşa mətbuatında 'sönür' xəbərdarlığı
Polşa mətbuatı Mahir Emrelinin formasını geyindiyi Rakuvun A Ekstraklasada zəif startını və hücumçunun əvvəlcə fərqlənməsinə baxmayaraq performansının…

17 oktyabr 2026, Bakı. Polşa mətbuatında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxışı və formasını geyindiyi Rakuvun A Ekstraklasadakı uğursuz startı barədə məqalə dərc edilib. Yazıda klubun ilk 10 turda cəmi 3 xal topladığı, həmin dövrdə 10 matçın 9-da məğlub olduğu qeyd olunur.
Məqalədə Çenstoxova təmsilçisinin cari dönəmdəki nəticələri “XXI əsrin ən uğursuz nəticəsi” kimi dəyərləndirilib. Yerli KİV yay fasiləsində aparılan transfer siyasətini biabırçı nəticələrlə əlaqələndirib və yeni gələnlərin ümumi olaraq gözləntiləri doğrultmadığını vurğulayıb.
Hədəfdəki futbolçulardan biri kimi yalnız Mahir Emreli fərqləndirilib: “Digərlərindən fərqli olaraq Mahir komandaya müəyyən töhfə verdi. Lakin o da hər keçən oyunda sanki sönür”.
Məqalə Mahirin fərdi çıxışının komandanın ümumi vəziyyətindən səviyyə etibarilə ayrı olduğunu bildirir, amma həm də onun formasında azalma olduğuna diqqət çəkir.
Mənbə: GettoSport
Mahir Emreli
Azərbaycan millisi


