Mançester Siti apellyasiya uduzsa Avropa futbolu dəyişə bilər
İtalyan jurnalist Covanni Armanini Premyer Liqanın müstəqil komissiyasının Mançester Siti qərarının Avropa futboluna təsir göstərə biləcəyini və apellyasiyanın…

14 oktyabr 2026 — İtaliyalı jurnalist Covanni Armanini bildirib ki, Premyer Liqanın müstəqil komissiyasının "Mançester Siti"yə qarşı 2009–2018-ci illərdə maliyyə qaydalarını pozmaqla bağlı qərarı yalnız İngiltərə futboluna deyil, bütün Avropa futboluna təsir göstərə bilər.
Armanini "Tuttomercatoweb" radiosunda açıqlamasında qərarın uzunmüddətli nəticələrindən danışıb. O qeyd edib ki, proses illərlə davam edə bilər, müraciətlər və apellyasiyalar olacaq: "İndi qərarları gözləyirik, lakin bu proses illərlə davam edə bilər. Apellyasiya şikayəti var və tərəflər arasında razılaşma əldə olunmayıb. “Mançester Siti” məsələni adi məhkəmələrə qədər aparmağa hazırlaşır. Fevral-mart aylarında apellyasiya ilə bağlı cavab gözlənilir. Bundan sonra da qərardan şikayət etmək mümkün olacaq."
Jurnalist həmçinin Premyer Liqanın nəzarət mexanizminin dəyişdirilməsinin lazım olduğunu vurğulayıb: "Bir çempionat 20 il ərzində baş verənlərlə bağlı yalnız bu qədər vaxtdan sonra ədaləti təmin edə bilirsə, nəticədən razı qala bilməz. Çünki azarkeşlərdə həmin dövrdə keçirilən yarışların ədalətli olub-olmadığına dair şübhələr yaranır. Buna görə də qaydalar dəyişdirilməlidir".
Armanini "Mançester Siti"nin apellyasiyasını uduzacağı ehtimalını da istisna etməyib: "Düşünürəm ki, onlar apellyasiyanı uduzacaqlar. Bundan sonra təkcə Premyer Liqa deyil, Avropa futbolu da əvvəlkindən fərqli olacaq. Premyer Liqa artıq illərlə maliyyə pozuntularına yol verildiyini etiraf edib. Bu vəziyyətin dəyişmədən qalması qəbuledilməzdir".
Xatırladılır ki, Premyer Liqanın müstəqil komissiyası klubun 2009–2018-ci illərdə ciddi maliyyə qaydalarını pozduğunu müəyyən edib. "Mançester Siti" qərarla razılaşmayaraq apellyasiya şikayəti verib və yekun sanksiya hələ müəyyənləşməyib. Armaninin sözlərinə görə, klubun azarkeşləri məsələyə baxmayaraq komandaya sadiqliyini saxlayır.
Mənbə: GettoSport
Mançester Siti
Misli Premyer Liqa


