Mançester Siti fanatları Premyer Liqa himninə fit çaldı
"Mançester Siti" azarkeşləri Premyer Liqanın 7-ci turunda "İpsviç"lə görüşdən əvvəl səsləndirilən turnir himninə etiraz edərək onu fitə basıblar.

İngiltərə Premyer Liqasının 7-ci turu çərçivəsində "İpsviç"i qəbul edən "Mançester Siti" komandasının azarkeşləri qarşılaşmadan əvvəl turnirin rəsmi himnini fitə basıblar.
"Etihad" stadionunda yarışın himni səsləndirilərkən tribunalardan minlərlə narazılıq və fit səsi yüksəlib. Fanatlar musiqi başa çatdıqdan sonra "Siti, Siti, Siti!" şüarları ilə komandalarına dəstək nümayiş etdiriblər.
Bu aksiya klub ilə Premyer Liqa rəhbərliyi arasında maliyyə pozuntuları iddiaları səbəbindən yaranan gərginlik fonunda təşkil olunub. Daha əvvəl fanatların "1894" qrupu bir çox azarkeşin aparılan təhqiqatın qərəzsizliyinə şübhə duyduğunu bildirmişdi. Həmin təşkilat stadionun cənub tribunasında xüsusi performans nümayiş etdirəcəyini də bəyan etmişdi.
Mənbə: GettoSport
Mançester Siti
Misli Premyer Liqa
İngiltərə Premyer Liqası


