Mançester Yunayted JJ Qabrielin ayrılığına görə məhkəməyə hazırlaşır

Mançester Yunayted akademiya hücumçusu JJ Qabrielin sosial şəbəkədəki vidalaşmasından sonra Real Madridə keçməsinə görə mümkün hüquqi addımları nəzərdən…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Mançester Yunayted loqosu və gənc futbolçu JJ Qabrielin silueti
Foto: Offsideplus.az

19 noyabr 2026 — "Mançester Yunayted" klubunun rəhbərliyi akademiyanın 16 yaşlı hücumçusu JJ Qabrielin komandadan ayrılmasına görə hüquqi hərəkətlərə başlamağı düşünür. Futbolçu bu həftə sosial şəbəkədə klubla vidalaşdığını açıqlayıb və İspaniyanın Real Madrid klubuna keçməsinə yaxın olduğu bildirilir. Bu barədə Offsideplus.az məlumat yayıb.

Klub yay transfer pəncərəsi dövründə yetkinlik yaşına çatmayan oyunçu ilə digər klubların gizli əlaqəsi olub-olmadığını, bunun FIFA-nın transfer qaydalarını pozub-pozmadığını araşdırır. The Times nəşrinin məlumatına görə, Mançester Yunayted futbolçunun ailəsi və nümayəndələrinin yaydan bəri digər klublarla danışdığından şübhələnir; qanunsuz təmasla bağlı sübut aşkar edildiyi təqdirdə rəsmi hüquqi prosesə başlanacaq.

Klub rəsmiləri sentyabr ayından bəri JJ Qabrielin nümayəndələri ilə birbaşa əlaqə saxlaya bilmədiklərini və futbolçunun ayrılıq qərarından onun sosial şəbəkədəki videodan sonra xəbər tutduqlarını bildiriblər. Akademiyada altı il keçirən Qabriel Karrinqtondakı məşqlərə qatılmağı da dayandırıb.

Futbolçunun Avropa İttifaqı pasportuna malik olması onun 18 yaşı tamam olmadan İspaniya klubuna keçidini asanlaşdırır. Hazırda "Mançester Yunayted"nin qeydiyyat hüququnu saxladığı və FIFA qaydalarına əsasən klubun bu keçid üçün təxminən 300 min funt sterlinq yetişdirmə təzminatı ala biləcəyi qeyd olunur; klub bu məbləği kifayət etməyən sayaraq hüquqi mübarizəyə hazırdır.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər