Mançester Yunayted yeni arenanın ad hüququnu sata bilər

"Mançester Yunayted" "Old Trafford"u əvəz edəcək yeni stadionun ad hüquqlarını satmaq üçün müxtəlif kommersiya variantlarını nəzərdən keçirir.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
"Mançester Yunayted"in Old Trafford stadionu
Foto: Sportal.az

"Mançester Yunayted" gələcəkdə "Old Trafford"u əvəzləyəcək yeni arenanın maliyyələşdirilməsi məqsədilə ad hüquqlarının satışını gündəmə gətirib. Klub bu istiqamətdə kommersiya tərəfdaşlığı imkanlarını araşdırır.

Layihənin kommersiya strategiyasını formalaşdırmaq istəyən ixtisaslaşmış agentliklərdən artıq təkliflər toplanıb və müraciətlərin qəbulu mərhələsi yekunlaşıb. Təqdim olunan paketlərdə sponsorluq sövdələşmələri, bilet siyasəti, korporativ zonalarda premium xidmət, həmçinin arenadaxili iaşə və ticarət sahələrinin təşkili kimi detallar yer alıb.

Mançester təmsilçisi 100 min tamaşaçı tutumuna malik müasir stadion inşa etməyi hədəfləyir. Təxmini dəyəri 2 milyard funt-sterlinq olan meqalayihənin 2035-ci ilə qədər istifadəyə verilməsi nəzərdə tutulur. Ad hüququnun satışı nəhəng tikinti xərclərinin qarşılanması üçün əlavə maliyyə mənbəyi kimi görülsə də, arenanın adı ilə bağlı hələlik rəsmi qərar qəbul edilməyib.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər