Mario Hermoso Barselona və İnter diqqətində
Roma müdafiəçisi Mario Hermosoya Barcelona və İnter maraq göstərir; 31 yaşlı oyunçunun müqaviləsi gələn ilin iyununda başa çatır, Transfermarkt qiyməti 7 mln…

27 noyabr 2026. Roma klubunun müdafiəçisi Mario Hermoso Avropanın iki böyük komandasının diqqət mərkəzindədir. Bu barədə Sportinfo.az məlumat yayıb.
İspaniyalı mərkəz müdafiəçisi üçün Barcelona və İnterin maraq göstərdiyi bildirilir. Transfermarkt portalı Hermosonun bazar dəyərini 7 milyon avro kimi qiymətləndirir.
31 yaşlı futbolçu 2024-cü ildən etibarən Roma forması geyinir. Onun paytaxt klubu ilə müqaviləsi gələn ilin iyununda başa çatacaq.
Bu mövsüm Hermoso A Seriyasında 11 matçda meydana çıxıb və 2 qol vurub.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
BU XƏBƏRDƏ
Barselona


