Martin Baturina üçün Mançester Yunayted və Çelsi yarışır
Komo klubunun yarımmüdafiəçisi Martin Baturina Mançester Yunayted və Çelsinin diqqət mərkəzindədir. İngilislər 80 milyon avroluq transferi müzakirə edir.

İngiltərə Premyer Liqası təmsilçiləri "Mançester Yunayted" və "Çelsi" İtaliyanın "Komo" komandasında çıxış edən Martin Baturinanı heyətinə qatmaq niyyətindədir. Hər iki klub xorvatiyalı yarımmüdafiəçinin keçidi ilə bağlı artıq rəsmi təmaslara başlayıb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Xorvatiya millisinin üzvü uğrunda İngiltərə nəhəngləri arasında ciddi rəqabət yaranıb. Tərəflərin təxminən 80 milyon avro dəyərində qiymətləndirilən transfer üzrə danışıqlar apardığı bildirilir.
Mançester təmsilçisi mümkün keçidin detallarını və şərtlərini öyrənmək məqsədilə birbaşa "Komo" rəhbərliyi ilə əlaqə qurub. Orta xəttini gücləndirməyə çalışan Londonun "Çelsi" klubu isə Baturinanı əsas hədəflərindən biri hesab edir və sazişi tamamlamaq üçün fəal addımlar atır.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Çelsi
Mançester Yunayted
İngiltərə Premyer Liqası
Xorvatiya millisi


