Masallıda 300 güləşçinin iştirakı ilə turnir baş tutdu
Masallı Olimpiya İdman Kompleksində U-17 güləşçilərin Lənkəran-Astara regionunun açıq turniri keçirilib, qaliblər müəyyənləşib.

Masallı Olimpiya İdman Kompleksində U-17 yaş qrupu üzrə yunan-Roma və sərbəst güləş növləri üzrə Lənkəran-Astara regionunun açıq turniri baş tutub.
Əməkdar məşqçi Nadir Ağayevin xatirəsinə və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Yaqub Məmmədovun 80 illik yubileyinə həsr olunan yarışda 26 komandadan 300-ə yaxın idmançı mübarizə aparıb. Açılış mərasimində Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev və digər rəsmi şəxslər iştirak edərək bu cür tədbirlərin idmanın inkişafındakı rolunu qeyd ediblər.
Gərgin mübarizə şəraitində keçən yarışın yekununda hər iki idman növü üzrə çempionlar müəyyənləşib:
Yunan-Roma güləşi üzrə qızıl medalçılar:
- Məhəmməd Musalı (45 kq)
- Polad Gülverdiyev (48 kq)
- Əli Cavadlı (51 kq)
- Musa Məmmədov (55 kq)
- İlkin Qurbanov (60 kq)
- Eldəniz Allahverdiyev (65 kq)
- Rəfail Əhədli (71 kq)
- Zəka Yusubov (80 kq)
- Ruslan Nuriyev (92 kq)
- Məhəmməd Orucov (110 kq)
Sərbəst güləş üzrə qızıl medalçılar:
- Əli Baloğlanov (51 kq)
- Ruslan Mirzəyev (60 kq)
- Ruhid İspərov (65 kq)
- Siyasət Dadaşov (71 kq)
- Tural Eynullayev (110 kq)
Renat Dadaşov


