Mauro İkardi Qalatasaraya maaşını endirməyə hazırlaşır
Mauro İkardi İstanbul təmsilçisinə qayıtmaq üçün illik 3,5 milyon avro təklif edib, qızları ilə birlikdə yaşamaq üçün 2 milyon avroya da razıdır.

Keçmiş Qalatasaray hücumçusu Mauro İkardi İstanbul klubu ilə yenidən əlaqə yaratmaq üçün maddi şərtlərini kəskin şəkildə yumşaltmağa hazır olduğunu açıqlayıb. Argentina mediasının məlumatına görə, argentinalı futbolçu Türkiyəyə dönmək üçün klubla müxtəlif maliyyə variantlarını müzakirə etməyə razıdır.
Məlumatda bildirilir ki, İkardi ilkin olaraq illik 3,5 milyon avro məbləğində maaşla Qalatasarayda oynamağı təklif edib. Hətta o, qızlarını Türkiyəyə gətirə bilmək məqsədilə illik 2 milyon avro səviyyəsində bir maaşı da qəbul etməyə hazırdır.
Xəbərdə həmçinin vurğulanır ki, İkardi İstanbulda ailəsi ilə birlikdə yaşamağa qərarlıdır və klubla hər bir şərti müzakirə etməyə açıqdır. İkardinin geri dönüşü barədə rəsmi açıqlama verilməyib.
Qalatasaray


