Maykl Kerrik Çelsiyə məğlubiyyətdən sonra komandasını müdafiə etdi

Mançester Yunaytedin baş məşqçisi Maykl Kerrik 31 oktyabr 2026-da Çelsiyə 0:2 hesabı ilə məğlubiyətdən sonra komandasının performansını və növbəti oyundakı…

Dumanlı Albion redaksiyası••1 dəq oxu
Paylaş
Maykl Kerrik mətbuat konfransında mikrofona danışır
Foto: Offsideplus.az

31 oktyabr 2026 — Mançester Yunaytedin baş məşqçisi Maykl Kerrik İngiltərə Premyer Liqasında Çelsiyə 0:2 hesabı ilə məğlubiyyətdən sonra komandasını müdafiə edib və qarşılaşma barədə fikirlərini bölüşüb. Bu barədə Offsideplus.az məlumat yayıb.

Kerrikin şərhləri

Kerrik ilk hissədə Mançester Yunaytedin üstün oynadığını vurğulayıb: "Fasiləyə qədər hesabda irəlidə olmalı idik. Hər şey müsbət gedirdi, daha çox qol epizodu yarada bilərdik. Komanda inamlı təsir bağışlayırdı."

Məşqçi ikinci hissədə vəziyyətin dəyişdiyini bildirib: "Lakin ikinci hissədə hər şey gözlənilmədən pozuldu. Əvvəlcə uğursuz buraxılan qol, sonra penalti – bundan sonra vəziyyət bizim üçün çox çətinləşdi. Durum tamamilə dəyişdi."

Kerrik həmçinin komandanın ardıcıl qələbələrinin çatışmadığını etiraf edib və Lissandrının qırmızı vərəqə epizoduna baxmadığını söyləyib: "Açığı, Lissandro ilə bağlı qırmızı vərəqə epizodunun təkrarına baxmamışam. Biz böyük futbol klubuyuq və qalib gəlmək istəyirik. Azarkeşlər stadiona gəlir, oyunumuzu izləmək üçün xeyli pul xərcləyirlər."

O, birinci hissədəki yaxşı anların gələcək üçün əsas olacağını qeyd edib və növbəti oyunda komandaya rəhbərlik edib-etməyəcəyi ilə bağlı suala sadəcə "Bəli" cavabını verib.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər