Maykl Olise Bayernlə gələcəyi barədə qərar verdi̇ləcək
Bayern 24 yaşlı vinger Maykl Oliseyə gələcəyi barədə qərar verməsi üçün gələn ilin yayına qədər vaxt verib. Klub yeni müqaviləyə şübhə ilə yanaşır.

Bayern Münhen 24 yaşlı vinger Maykl Oliseyə gələcəyi ilə bağlı qərar verməsi üçün gələn ilin yayına qədər vaxt ayırıb. Bild nəşrində dərc edilən yazıya görə klub rəhbərliyi futbolçuyla yeni müqavilə bağlamaq məsələsinə ehtiyatla yanaşır.
Klubun tərəddüd etməsinin əsas səbəbi Olisenin yeni sözləşməyə müqavilənin vaxtından əvvəl ləğv edilməsinə imkan verən bəndin daxil edilməsini tələb etməsidir. Bu tələb münhenliləri yeni müqavilə üzrə razılığa gəlməkdən çəkindirir.
Əvvəllər medianın yazdığına görə, Real Madrid fransalı vingerə maraq göstərib. Olisenin hazırkı müqaviləsi 2029-cu ilin iyununun sonuna qədərdir və onun transfer dəyəri təxminən 180 milyon avro qiymətləndirilir.
Bavariya
Real Madrid


