Mbappe doqquzuncu dəfə Qızıl topda rekord qırdı
Real və Fransa futbolçusu Kilian Mbappe Qızıl top səsverməsində ardıcıl doqquzuncu dəfə ilk onluğa düşərək fransalı oyunçular arasında rekorda imza atıb.

26 oktyabr 2026, Bakı — Real Madrid və Fransa millisinin hücumçusu Kilian Mbappe Qızıl top səsverməsinin nəticələrinə əsasən fransalı futbolçular arasında yeni rekorda imza atıb: 27 yaşlı oyunçu ardıcıl doqquzuncu dəfə mükafatın ilk onluğuna daxil olub.
Mbappenin bu ardıcıllığı 2017–2026 illəri əhatə edir; 2020-ci ildə mərasimin ləğv edildiyi üçün həmin il statistikaya daxil edilməyib. Səsvermə nəticələrinə görə o, bu göstəricidə üçqat Qızıl top sahibi Mişel Platini, Zinəddin Zidan, Tyerri Anri, Jan-Pyer Papen və Kərim Benzema kimi tanınmış fransalı həmvətənlərini qabaqlayıb.
Qeyd olunur ki, Qızıl top mükafatının 70-ci təqdimetmə mərasimi 26 oktyabr 2026-cı il tarixində Palladium teatrında keçirilir.
Mənbə: GettoSport
Kilian Mbappe
Qızıl Top
Real Madrid
Fransa millisi


