Mbappe və Dembele Qızıl top mərasiminə yollanırlar

Kilian Mbappe və Usman Dembele Londonda keçiriləcək “Qızıl top” mükafatlandırma mərasiminə qatılacaqlar. Tədbir oktyabrın 26-da təşkil olunacaq.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Kilian Mbappe və Usman Dembele
Foto: İdman.biz

Real Madrid klubunun hücumçusu Kilian Mbappe və PSJ-nin oyunçusu Usman Dembele 2026-cı ilin “Qızıl top” mükafatının təqdimetmə mərasiminə qatılacaqlar. Hər iki futbolçu oktyabrın 26-da Londondakı “Palladium” teatrında təşkil olunacaq mötəbər gecədə iştirak etmək qərarına gəlib.

Mbappe oktyabrın 25-də Barselona ilə keçirilən “El-Klasiko”dan sonra Londona səfər edəcək. Ötən il “Qızıl top” mükafatına sahib çıxan Dembele isə zədə səbəbindən PSJ-nin Lion ilə matçının heyətinə daxil edilməsə də, Londondakı mərasimdə iştirakı planlaşdırılır.

Paris təmsilçisinin digər futbolçularının tədbirə yollanacağı hələ dəqiqləşməyib. Zədə problemi yaşayan Xviça Kvaratsxeliya və Markinyosun təqdimatda iştirakı sual altındadır. Ötən il olduğu kimi, Fransa nəhəngi bu dəfə də “Qızıl top” gecəsinin keçirildiyi gün Liqa 1 çərçivəsində növbəti oyununa çıxacaq.

Mbappe və Dembele builki əsas fərdi mükafat uğrunda mübarizə aparan əsas namizədlər sırasındadırlar. “Qızıl top”un 70-ci təqdimetmə mərasiminə Fransanın sabiq futbolçusu Tyerri Anri və Keyt Skott aparıcılıq edəcəklər.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər