Məhəmmədəli Osmanlı dekabrda UFC-də növbəti döyüşünə çıxacaq

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı dekabrın 5-də Ər-Riyadda keçiriləcəyi planlaşdırılan UFC turnirində ikinci dəfə oktaqona çıxmağa hazırlaşır.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Məhəmmədəli Osmanlı döyüşə hazırlaşarkən
Foto: Offsideplus.az

Azərbaycanlı qarışıq döyüş növləri (MMA) ustası Məhəmmədəli Osmanlı UFC-dəki növbəti sınağına hazırlaşır. 12 qələbə və 2 məğlubiyyəti olan 27 yaşlı idmançı dekabrın 5-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində təşkil olunacaq "UFC Fight Night" turnirində iştirak edəcək. Bu barədə Offsideplus.az məlumat yayıb.

Uğurlu debütündən sonra ikinci dəfə dünyanın ən nüfuzlu MMA təşkilatının oktaqonuna çıxacaq təmsilçimizin rəqibi hələlik məlum deyil. Təşkilatçılar döyüşçünün qarşılaşacağı rəqibin adını yaxın günlərdə ictimaiyyətə açıqlayacaqlar.

Qeyd edək ki, Ər-Riyadda keçiriləcək bu döyüş gecəsi dünyanın bir çox tanınmış MMA ulduzlarını bir araya gətirəcək.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər