Merab Dvalişvili Əhməd Hacıməhəmmədovdan üzr istədi
Gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili bu yay RAF turnirində baş verən insidentə görə sərbəst güləşçi Əhməd Hacıməhəmmədovdan sosial şəbəkədə üzr istəyib…

16 noyabr 2026, Bazar ertəsi. Gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili bu ilin yayında RAF turnirində baş verən insidentlə bağlı sərbəst güləşçi Əhməd Hacıməhəmmədovdan üzr istəyib və onunla görüşməyi təklif edib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Dvalişvilinin sosial şəbəkədə yaydığı açıqlamada qeyd olunur ki, hadisədən dərhal sonra tərəflər əl sıxaraq məsələni bağlayıblar. Lakin sonradan yayılan videoda gürcü idmançının Hacıməhəmmədovun ailəsinin ünvanına təhqiramiz ifadələr işlətdiyi görünüb.
"Əhməd, hər ikimiz baş verənləri bilirik. Mən sadəcə bu hərəkətimə görə üzr istəyirəm. Həmin an sənin kim olduğunu bilmirdim, yaxınlaşıb məni tutanda və başqa dildə qışqıranda nə baş verdiyini anlamadım. Bu məsələni tam həll etməliyik. Bir çox ortaq dostlarımız var. Görüşmək istəsən, birbaşa mənə yaz".
Məlumatda həmçinin vurğulanır ki, Dvalişvilinin paylaşımı daha sonra onun sosial şəbəkə hesabından silinib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport



