Messi adidas ilə gələcəyin on futbol ulduzunu seçdi
12 oktyabr 2026 — Inter Mayami hücumçusu Lionel Messi və adidas dünyanın müxtəlif ölkələrindən gələcəyin on gənc futbolçusunu seçib, onlara xüsusi buts və…

12 oktyabr 2026 — ABŞ-ın Inter Mayami klubunun hücumçusu Lionel Messi və idman geyimləri istehsalçısı adidas birlikdə gələcəyin on perspektivli futbolçusunu seçiblər. Seçimdə həm kişi, həm də qadın gənclər yer alıb və onlara Messinin adını daşıyan xüsusi futbol butsları ilə şəxsi mesajlar təqdim olunub.
Layihə dünyanın müxtəlif ölkələrindən istedadları bir araya gətirməyi və onların peşəkar karyeralarına dəstək verməyi hədəfləyir.
Messi və adidas tərəfindən seçilən futbolçuların siyahısı:
- Tomas Aranda — Argentina
- Can Uzun — Türkiyə
- Xilberto Mora — Meksika
- Maks Douman — İngiltərə
- Zeyvyer Qozo — ABŞ
- Xesus Rodriqes — İspaniya
- Kes Smit — Niderland
- Xloya Sarvi — İngiltərə
- Covanna Vaksman — Braziliya
- Lotta Vrede — Almaniya
Seçimdə yer alan gənclərə təqdim olunan xüsusi butslar və Messinin şəxsən yazdığı mesajların onların inkişafına əlavə stimulverməsi gözlənilir.
Mənbə: GettoSport
Lionel Messi
İnter Mayami
Rodriqo Hernandez


