MOİK çempionluğa iddialıdır — Şəhriyar Əliyev
MOİK-in müdafiəçisi Şəhriyar Əliyev komandanın I Liqada çempion olub Premyer Liqaya yüksəlmək istədiyini, hazırda üçüncü yerdə olduqlarını və qarşıdakı…

19 noyabr 2026 — MOİK-in müdafiəçisi Şəhriyar Əliyev klubun I Liqada çempion olaraq Premyer Liqaya yüksəlməyi hədəflədiklərini açıqlayıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
Əliyev Sportinfo.az-a verdiyi müsahibədə həm futbolçuların, həm məşqçilərin, həm də rəhbərliyin bu məqsədin arxasında dayandığını bildirib: "Əlbəttə, futbolçular, məşqçilər və rəhbərlik də daxil olmaqla, hamımız komandanın çempion olmasını və MOİK-in Premyer Liqaya yüksəlməsini istəyirik".
Cari mövsümdən I Liqada çıxış edən və millinin sabiq üzvü olan müdafiəçi komandanın qarşısına çempionluq məqsədi qoyulduğunu, hazırda turnir cədvəlinə üçüncü sırada olduğunu söyləyib. O, bəzi oyunlarda xallar itirdiklərini və bu səbəbdən mövqelərinin gerilədiyini etiraf edib.
"Qarşımıza belə bir məqsəd qoymuşuq və bu nəticəyə nail olmaq üçün hər kəs əlindən gələni edir. Birinci Liqada həqiqətən də yaxşı komandalar çoxdur. İlk pillə uğrunda ciddi mübarizə gedir. Hazırda üçüncü yerdəyik. Bəzi oyunlarda xal itirdik və bu da turnir cədvəlində bir qədər geri düşməyimizə səbəb oldu. Amma qarşıdakı görüşlərdə maksimum xal toplamağa çalışacağıq. İnanıram ki, istəyimizə çata bilərik", — Əliyev əlavə edib.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Misli Premyer Liqa
Birinci Liqa


