Morteza Validarvi airbadmintonçuların qızıl medal qazanacağını bildirib

Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Validarvi Avropa çempionatındakı uğurlardan və gələcək hədəflərdən danışıb.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Azərbaycanın airbadminton komandası üzvləri
Foto: İdman.biz

Azərbaycanın airbadminton yığmasının baş məşqçisi Morteza Validarvi komandanın gələcəkdə qızıl medal qazana biləcəyini açıqlayıb. O, Yunanıstanın Qədim Olimpiya şəhərində keçirilən Avropa çempionatındakı nəticələri şərh edib.

Bakıda təşkil olunan ilk qitə birinciliyində qarışıq komanda yarışında gümüş medal qazandıqlarını xatırladan mütəxəssis, bu dəfə Yunanıstanda qadınların üçlü kateqoriyasında bürünc medala yiyələndiklərini bildirib. Nigar Səmədova, Həcər Nuriyeva, Viktoriya Kumanyayeva və Keişa Fatimə Zəhradan ibarət Azərbaycan yığması fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Baş məşqçi komandada orta yaş həddinin aşağı olmasının böyük üstünlük olduğunu vurğulayıb: “Qız badmintonçularımızın orta yaşı heç 20 deyil. Bu isə o deməkdir ki, qarşıdakı 10 il ərzində bizim airbadmintonda çox güclü komandamız formalaşa bilər”. O, uğurlu çıxış sayəsində dünya çempionatında iştirak hüququ qazandıqlarını da əlavə edib.

M.Validarvi Türkiyə ilə yarımfinal görüşünün çətin keçdiyini və təcrübə çatışmazlığı yaşandıqlarını qeyd edib. Onun sözlərinə görə, bürünc medalı qızıla çevirmək üçün idmançıların qum üzərində daha çox birlikdə məşq etməsinə ehtiyac var.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər