GETTOSPORT

Mourinyo Mançester Siti işi barədə ironik şərh etdi

Real Madridin baş məşqçisi Joze Mourinyo 'Mançester Siti' üzrə gedən maliyyə araşdırmasının uzun çəkəcəyini deyib və nəticəni görsə 80 yaşında olacağını…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Joze Mourinyo müsahibə verərkən
Foto: İdman.biz

9 oktyabr 2026 — Madridin baş məşqçisi Joze Mourinyo "Mançester Siti"nin Premyer Liqa maliyyə qaydalarını pozması ilə bağlı aparılan məhkəmə prosesinin uzunmüddətli olacağına dair fikirlərini açıqlayıb. O, bu barədə "Corriere dello Sport" nəşrinin direktoru İvan Dzadzaroniylə söhbətində danışıb.

Mourinyo prosesi ironik tərzdə şərh edib və nəticənin çıxmasının çox vaxt tələb edəcəyini vurğulayıb. O, "Mən buna bir qədər gülməyi üstün tuturam. Düşünürəm ki, nə vaxtsa yekun qərar veriləcək. Amma sənin də, mənim də artıq 60 yaşımızı keçib", — deyə bildirib.

Portuqaliyalı mütəxəssis məhkəmə prosedurlarının davam edəcəyini əlavə edib: "Yekun qərarı görəcək qədər yaşasaq, bəxtimiz gətirmiş olacaq. İndi bir qərar veriləcək, sonra apellyasiya şikayəti, ardınca daha bir apellyasiya... Bütün bunlar başa çatanda mənim 80 yaşım olacaq".

Qeyd olunur ki, müstəqil komissiya əvvəllər "Mançester Siti"ni təqdim olunan ittihamların əksəriyyəti üzrə təqsirli saymışdı. İngiltərə klubu isə iddiaları rədd edərək qərardan apellyasiya verib və iş məhkəmə prosedurlarının növbəti mərhələsindədir.

Paylaş

Son xəbərlər