Mövlan Paşayev Şamaxı klubunda strateji müşavir oldu
Mövlan Paşayev 22 oktyabr 2026-cı il tarixində Şamaxı FK-nın strateji məsələlər üzrə müşaviri təyin edilib; vəzifəsi kommersiya və marketinq dəstəyini əhatə…

22 oktyabr 2026 — Mövlan Paşayev Şamaxı Futbol Klubunun İdarə Heyətinin strateji məsələlər üzrə müşaviri vəzifəsinə təyin edilib. Klubun mətbuat xidməti bu təyinat barədə məlumat yayıb.
M.Paşayevin vəzifə məsuliyyətləri klub üçün strateji prioritetlərin müəyyənləşdirilməsi, yeni kommersiya imkanlarının qiymətləndirilməsi və marketinq fəaliyyətinin inkişafına dəstək göstərilməsini əhatə edəcək.
Onun peşəkar karyerasına dair açıqlamada bildirilir ki, M.Paşayev idarəetmə və biznes məsləhət xidmətləri sahəsində təcrübəyə malikdir və 10 ildən çox müddət ərzində “Böyük Dördlük” adlanan konsaltinq şirkətlərindən birinin idarəedici partnyoru olub. Hazırda o, Arthur D. Little şirkətini Azərbaycanda təmsil edir.
M.Paşayev ixtisasca hüquqşünasdır, ABŞ-ın Duke Universitetində təhsil alıb və hazırda ADA Universitetində pedaqoji fəaliyyətlə məşğul olur.
Mənbə: GettoSport
Şamaxı


