Nadir Orucov penalti ilə yığmamıza qalibiyyəti təmin etdi

19 oktyabr 2026 — Qəbələdə keçirilən U-20 yoldaşlıq görüşü 0:0 bitdi, penalti seriyasında Nadir Orucovun qərarlı zərbəsi Azərbaycan komandası üçün qalibiyyəti…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Nadir Orucov penalti vurarkən, U-20 yığma oyunundan görüntü
Foto: Sportinfo.az

19 oktyabr 2026 — Qəbələdə keçirilən U-20 yoldaşlıq görüşü əsas vaxtda 0:0 hesabı ilə başa çatdı və qarşılaşma penalti seriyası ilə yekunlaşdı. Sumqayıt klubu oyunçusu Nadir Orucovun sonuncu zərbəsi Azərbaycan yığmasının qalib gəlməsinə səbəb oldu.

Orucov görüşdən sonra çıxışında Yaponiya millisini güclü rəqib adlandırıb: “Yaponiya həqiqətən güclü rəqibdir. Yoxlama matçlarında bizə belə rəqiblər lazımdır, çünki dünya çempionatında zəif rəqib olmayacaq”.

Müdafiəçi komandalarının oyun planından danışaraq qeyd edib ki, əsas diqqət müdafiədə kompakt olmaq və əks-hücumlarda sürətli çıxmaq üzərində qurulmuşdu. “Əsas vaxtda istəyimiz baş tutmadı. Məsələ penaltilər seriyasına qədər uzananda qalib gələcəyimizə inanırdım”, — deyə o əlavə edib.

2007-ci il təvəllüdlü futbolçu penaltilərdəki rolundan və sonuncu zərbənin məsuliyyətindən bəhs edib: “Penaltiləri əsasən ilk beş nəfər yerinə yetirir. Ona görə də əsas mərhələdə topa yaxınlaşmadım. Bilirəm ki, zərbələrim istədiyim qədər dəqiq deyil. Amma həlledici zərbə məndə həvəs yaratdı. Ürəyimə dammışdı ki, sonda məsuliyyət mənim üzərimdə olacaq, ona görə də topa hədsiz dərəcədə inamlı yaxınlaşdım. Bilirdim ki, qol vuracağam”.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər