Navajo Stirling Ciri Proxazkanı nokautla məğlub etdi

UFC Qatar turnirinin əsas döyüşündə Navajo Stirling keçmiş çempion Ciri Proxazkanı ikinci raundda nokaut edərək məğlubiyyətsiz seriyasını davam etdirib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Navajo Stirling və Ciri Proxazka UFC döyüşündə
Foto: Offsideplus.az

Noyabrın 22-də keçirilən UFC Qatar turnirinin əsas qarşılaşmasında yarı ağır çəki dərəcəsinin nümayəndələri Ciri Proxazka və Navajo Stirling üz-üzə gəliblər. Gərgin keçən döyüş ikinci raundda Stirlingin qələbəsi ilə başa çatıb. Bu barədə Offsideplus.az məlumat yayıb.

Döyüşün ilk hissəsində rəqiblər ehtiyatlı taktika seçiblər. Proxazka daha çox ayaq zərbələrinə üstünlük versə də, raundun sonlarına yaxın rəqibini yerə yıxmağa müvəffəq olub. İkinci raunda daha fəal başlayan keçmiş çempion hücumlarını artırsa da, Stirling qəfəsin kənarında vəziyyəti dəyişə bilib. Raundun bitməsinə iki saniyə qalmış — 4:58-ci dəqiqədə sağ əli ilə dəqiq zərbələr endirən Navajo Stirling rəqibini nokaut edərək qələbə qazanıb.

Bu nəticə ilə Navajo Stirling özünün məğlubiyyətsiz seriyasını 12-0-a çatdırıb. O, həm də ardıcıl dördüncü döyüşünü vaxtından əvvəl başa vurmaqla uğurlu çıxışını davam etdirib.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər