Neftçi qalib gəldi, baş məşqçi komandadan hələ razı deyil
Neftçi Azərbaycan Basketbol Liqasının II turunda Ordu üzərində 83:79 hesablı qələbə qazandı. Baş məşqçi Vasiliadis oyun sonrası komandanın hələ istədiyi…

15 oktyabr 2026 — "Neftçi" Azərbaycan Basketbol Liqasının ikinci turunda "Ordu" ilə matçda 83:79 hesabı ilə qələbə qazanıb. Görüşdən sonra komandanın baş məşqçisi Konstantinos Vasiliadis oyunu şərh edib.
Vasiliadis bildirdi ki, son iki görüşdə komandanın səviyyəsi onu qane etməyib və bu matçın "yenidən başlamaq üçün fürsət" olduğunu vurğulayıb: "Bəli, düşünürəm ki, bu oyun bizim üçün bir fürsət idi. Son iki oyunda öz səviyyəmizdə çıxış edə bilmədik. Hamımız bilirik ki, hələ istədiyimiz səviyyədə deyilik. Həmin səviyyəyə çatmaq üçün bəlkə də bir ay, yaxud bir qədər artıq vaxt lazımdır."
Baş məşqçi iki əsas oyunçunun müəyyən problemlərə görə meydana çıxa bilmədiyini xatırladıb və bunun üzərinə digər oyunçuların düşən vəzifəni yerinə yetirdiyini qeyd edib: "İki əsas oyunçumuz müəyyən problemlərə görə meydana çıxa bilmirdi. Onları digər oyunçular əvəz etməli, komanda üçün mübarizə aparmalı və öz töhfələrini verməli idilər."
Vasiliadis ehtiyat oyunçuların çıxışını xüsusi qeyd edib. O, start heyətində yer almasalar da komandaya böyük kömək edən Cəbrayıl, Derin və Ulaşın performansından məmnunluğunu bildirib və onların qələbədə mühüm rol oynadıqlarını vurğulayıb.
Baş məşqçi həmçinin yerli basketbolçuların səviyyəsindən və komanda daxilində formalaşan ruhdan razılıq ifadə edib: "Heyətimizdə əcnəbi oyunçularla eyni səviyyədə çıxış edə bilən çox yaxşı yerli basketbolçular var. Komandamızda yaxşı ruh formalaşıb və hər oyunda mübarizə aparmağa hazırıq."
Vasiliadis ümumi qiymətləndirmədə qələbədən məmnun olduğunu, amma qarşıda hələ çox işin olduğunu əlavə edib: "Qələbəyə görə məmnunam, amma qarşıda bizi hələ çox iş gözləyir. Əvvəl də dediyim kimi, bu, uzun bir marafondur və bütün mövsüm ərzində bu mübarizəyə hazır olmalıyıq."
Mənbə: GettoSport
Neftçi


