Neftçi və Araz-Naxçıvan yoxlama oyununda üz-üzə gələcək
Misli Premyer Liqasındakı fasilə zamanı Neftçi və Araz-Naxçıvan komandaları yoxlama matçında qarşılaşacaqlar.

Misli Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən klublar hazırlıqlarını yoxlama görüşləri ilə davam etdirirlər. Bu çərçivədə paytaxt təmsilçisi "Neftçi" "Araz-Naxçıvan" komandası ilə qarşılaşacaq. Bu barədə Sportal.az məlumat yayıb.
Görüş oktyabrın 2-də keçiriləcək. "Palms Sports" Futbol Mərkəzinin ev sahibliyi edəcəyi matç saat 15:30-da start götürəcək.
Mənbə: Sportal.az
Hazırladı: GettoSport
BU XƏBƏRDƏ
Neftçi
Araz-Naxçıvan
Misli Premyer Liqa


