Niderland millisi Van Deyk və Brobbidən məhrum qaldı

Niderland millisinin kapitanı Vircil van Deyk və hücumçu Brayan Brobbi fiziki durumu və zədə səbəbindən qarşıdakı oyunları buraxacaqlar.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Niderland millisinin üzvləri məşqdə
Foto: Offsideplus.az

Niderland millisinin kapitanı Vircil van Deyk və hücumçu Brayan Brobbi qarşıdakı yığma oyunlarında iştirak etməyəcəklər. Niderland Futbol Federasiyasının yaydığı məlumata əsasən, hər iki futbolçunun fiziki durumu noyabr toplanışında komandaya kömək etməyə imkan vermir. Baş məşqçi və məşqçilər korpusu heyətə əvəzedici oyunçu dəvət etməmək qərarına gəlib. Bu barədə Offsideplus.az məlumat yayıb.

Jurnalist Munir Bualinin məlumatına görə, hücumçu Brayan Brobbi bud əzələsindən zədə alıb və bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Xatırladaq ki, sentyabr ayında da oxşar səbəbdən o, millinin heyətində yer ala bilməmişdi.

Qeyd edək ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin son turlarında Niderland yığması noyabrın 13-də Yunanıstan, noyabrın 16-da isə Almaniya ilə qarşılaşacaq.

Mənbə: Offsideplus.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər