Nikita Simonov Rotterdamda final şansını itirdi
Azərbaycan gimnastı Nikita Simonov Niderlandın Rotterdamında keçirilən dünya çempionatında finala yüksəlmək üçün cəmi 0,133 xal çatmadığını və səhhət…

23 noyabr 2026 — Azərbaycan gimnastı Nikita Simonov Niderlandın Rotterdam şəhərində keçirilən idman gimnastikası üzrə dünya çempionatındakı çıxışını qiymətləndirib. O, yarışda finala vəsiqə qazana bilmədiyini və finala yüksəlmək üçün cəmi 0,133 xalının çatmadığını bildirib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Simonov sosial şəbəkədə yazıb ki, yarışda daha yaxşı nəticə göstərməyi planlaşdırsa da, səhhətindəki problemlər buna mane olub. O, proqramını yüngülləşdirmək məcburiyyətində qaldığını vurğulayıb:
“Dünya çempionatından sonra fikirlərimi toparlayıram. Rotterdamda finala vəsiqə qazana bilmədim. Finala yüksəlmək üçün gözləyən gimnastlar arasında ilk sırada idim. Bu, heç də planlaşdırdığım nəticə deyildi. Əslində, tamamilə fərqli hərəkətlər proqramı hazırlamışdım. Lakin səhhətim tam qaydasında olmadığı üçün proqramı yüngülləşdirməli oldum. Maksimum gücümü ortaya qoymadım, risk etmədim, xəstələndim... Belə də olur, mən dəmir deyiləm.”
O, bu təcrübəni dərs kimi qiymətləndirəcəyini, səhvləri üzərində işləyəcəyini və təlim-məşq prosesini, bərpanı daha diqqətlə planlaşdıracağını əlavə edib. Simonov davamlı dəstək üçün yaxınlarına təşəkkür edib və qarşıda yeni mövsüm, 2027-ci il və Olimpiya oyunlarına vəsiqə uğrunda mübarizə olduğunu qeyd edib.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Dünya çempionatı


