Novruzi qardaşları Antalyada qələbə qazandı

İmran və İbrahim Novruzi Antalya şəhərində keçirilən Beynəlxalq Mental Arifmetika Olimpiadasında kateqoriyalarında üstün çıxıblar.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
İmran və İbrahim Novruzi medal və diplomlarla Antalyada
Foto: Sportinfo.az

4 noyabr 2026. Bakı. Azərbaycanı təmsil edən İmran və İbrahim Novruzi Türkiyənin Antalya şəhərində oktyabrın 31-dən noyabrın 1-dək keçirilən Beynəlxalq Mental Arifmetika Olimpiadasında uğur əldə ediblər. Bu barədə Sportinfo.az məlumat yayıb.

Yarışda İmran Novruzi öz kateqoriyasında birinci yerə layiq görülüb. Kiçik qardaşı İbrahim Novruzi isə iştirak etdiyi kateqoriyada “Super Çempion” titulunu qazanıb və əldə etdiyi nəticəyə görə pul mükafatı da alıb.

Turnirdə 16 ölkənin nümayəndələri mübarizə aparıblar.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər