Nunu Espirito Santu Vest Hemdən ayrıldı, klub baş məşqçi axtarışına başladı
Vest Hem rəhbərliyi Nunu Espirito Santunun rəhbərliyinə son qoydu. Portuqaliyalı 2025-ci sentyabrdan etibarən çalışırdı — 53 oyunda 20 qalibiyyət, 13 heç-heçə…

4 noyabr 2026 — Londonun "Vest Hem" klubu baş məşqçi Nunu Espirito Santunun postundan ayrıldığını klubun mətbuat xidməti vasitəsilə açıqlayıb. Bu barədə Sportinfo.az məlumat yayıb.
Açıqlamada bildirilib ki, direktorlar şurası məşqçi heyətində dəyişiklik etməyə qərar verib. Bu qərarın qarşıya qoyulan hədəflərə çatmaq və müəyyənləşdirilmiş strategiyadan kənara çıxmamaq məqsədi daşıdığı vurğulanıb.
Klub portuqaliyalı mütəxəssisə və onun köməkçilərinə gərgin əməyə və sədaqətə görə təşəkkür edib və yeni baş məşqçinin axtarışlarına artıq başlandığını qeyd edib.
Espirito Santu 2025-ci ilin sentyabrında "Vest Hem"ə təyin olunmuşdu. Onun rəhbərliyi altında London təmsilçisi 53 oyun keçirib: 20 qələbə, 13 heç-heçə və 20 məğlubiyyət qeydə alınıb.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport



