Oskar Piastri: Bakıda Red Bull böyük addım atdı
McLaren pilotu Oskar Piastri Bəhreyn Qran-prisindən sonra Bakıda Red Bull-un maşında etdiyi yeniliklərin komanda üçün dönüş nöqtəsi olduğunu bildirib.

McLaren-in pilotu Oskar Piastri Bəhreyn Qran-prisindən sonra qüvvələr nisbətini qiymətləndirərkən Bakıdakı mərhələnin Red Bull üçün dönüş nöqtəsi olduğunu vurğulayıb.
Piastri qeyd edib ki, Bakıda Red Bull çox sürətli olub və komandaya gətirilən yeniliklər "böyük addım" sayılır: "Düşünürəm ki, Red Bull burada inanılmaz dərəcədə sürətli idi. Bu, onların ən güclü anı oldu. Bakıda maşında etdikləri yeniliklər böyük addım idi." O, həmçinin qeyd edib ki, əgər əvvəlki həftəsonunda zəif təsnifat olmasaydı Maks (Ferstappen) demək olar ki, yarışı qazanacaqdı, bu həftəsonu isə qalib gəlib.
Avstraliyalı pilot McLaren-in hazırkı sürətinin qələbə uğrunda mübarizə aparmağa yetmədiyini etiraf edib: "Düşünürəm ki, təxminən Ferrari ilə eyni səviyyədəyik, amma bu, qələbələr uğrunda mübarizə üçün kifayət deyil. Daha da inkişaf etməliyik."
Piastri bildirib ki, komandada vəziyyəti yaxşılaşdırmaq üçün çalışacaqlar: "Bunu bilirik və irəliləyiş əldə etmək üçün əlimizdən gələni edəcəyik."



