Prins Amoako Junior PSJ və Arsenalın radarına düşdü
19 yaşlı qanalı yarımmüdafiəçi Prins Amoako Juniorun çıxışı PSJ və Arsenalın skautlarının diqqətini çəkib; oyunçu Norşellandla 2030-cu ilə qədər müqaviləlidir.

7 noyabr 2026 — Norşellandın 19 yaşlı qanalı yarımmüdafiəçisi Prins Amoako Juniorun çıxışı Paris Saint-Germain (PSJ) və Arsenalın skautlarının diqqətini cəlb edib. Klub mənbələrinə istinadən keçirilən müşahidələrdə hər iki klubun oyunçunu yaxından izlədiyi bildirilir. Bu barədə Sportinfo.az məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Amoako Juniorun texniki bacarıqları və fiziki göstəriciləri xüsusilə PSJ-nin marağına səbəb olub. Lakin Paris klubu hələlik onun transferi ilə bağlı rəsmi addım atmayıb.
Prins Amoako Junior 2025-ci ilin fevralından Norşellandda çıxış edir və onun klubla müqaviləsi 2030-cu ilin iyununa qədər güzdədir.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
PSJ
Arsenal


