PSJ bir neçə ulduz futbolçusu ilə müqaviləni uzadacaq
Paris təmsilçisi heyətində yer alan Matvey Safonov, Xviça Kvaraçxeliya, Dezriye Due və Usman Dembele ilə yeni müqavilə bağlamağı planlaşdırır.

Fransanın PSJ klubu heyətini qoruyub saxlamaq üçün bir sıra futbolçuları ilə yeni əməkdaşlıq müqavilələri bağlamağa hazırlaşır. Paris təmsilçisi gələcək planlarında əsas heyət üzvlərini saxlamaq niyyətindədir. Bu barədə Offsideplus.az məlumat yayıb.
Klub rəhbərliyi qapıçı Matvey Safonov, cinah oyunçuları Xviça Kvaraçxeliya və Dezriye Due, eləcə də hücumçu Usman Dembele ilə danışıqlara başlamağı planlaşdırır. Qeyd edək ki, hazırda Safonov, Kvaraçxeliya və Duenin müqavilə müddəti 2029-cu ilin sonuna qədərdir. Usman Dembelenin isə klubla olan hazırkı sözləşməsi 2028-ci ildə başa çatır.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
PSJ
Usman Dembele


