GETTOSPORT

Qarabağ və Zirə yoldaşlıq oyununda qarşılaşacaqlar

Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədə Qarabağ və Zirə yoxlama matçında üz-üzə gələcəklər. Görüş oktyabrın 3-də keçiriləcək.

GettoSport redaksiyası••1 dəq oxu
"Qarabağ" və "Zirə" komandalarının loqoları və stadion görüntüsü
Foto: Sportal.az

Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranan fasilə zamanı hazırlıqlarını davam etdirən "Qarabağ" və "Zirə" yoxlama görüşündə qüvvələrini sınayacaqlar.

Oktyabrın 3-də baş tutacaq qarşılaşma saat 17:00-da start götürəcək. Matç "Azərsun Arena"nın məşq (ehtiyat) meydançasında təşkil olunacaq. Klubun mətbuat xidmətinin yaydığı məlumata əsasən, yoxlama görüşü yalnız media nümayəndələri üçün açıq olacaq.

Xatırladaq ki, hazırda turnir cədvəlində "Qarabağ" 13 xalla 3-cü, "Zirə" isə 10 xalla 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər