Qurban Qurbanov Milli Onkologiya Mərkəzini ziyarət etdi
29 oktyabr 2026-da Qurban Qurbanov, Bəhlul Mustafazadə və Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət edərək xəstə uşaqlarla görüşüb və…

29 oktyabr 2026-cı il tarixində "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və futbolçular Bəhlul Mustafazadə ilə Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər.
Görüş Gənclər və İdman Nazirliyi ilə klubun birgə təşəbbüsü ilə təşkil olunub. Klub nümayəndələri Mərkəzin uşaq xəstələri ilə səmimi söhbət edərək onlara yaxşı arzularını çatdırıblar.
Qurbanov və futbolçular uşaqlara "Qarabağ"ın formalarını və toplarını hədiyyə ediblər. Ziyarətdə Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli də iştirak edib.
Mənbə: GettoSport
Qurban Qurbanov
Qarabağ
Musa Qurbanlı
Bəhlul Mustafazadə


