Real və Barselona üçün xüsusi butslar hazırlandı

"El-Klasiko" matçı öncəsi "Real Madrid" və "Barselona"nın ulduzları üçün "adidas" və Y-3 brendlərinin birgə hazırladığı xüsusi butslar nümayiş etdirilib.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
El-Klasiko üçün hazırlanan xüsusi Predator və F50 butsları
Foto: İdman.biz

"El-Klasiko" ərəfəsində "Real Madrid" və "Barselona" komandalarının bəzi oyunçuları üçün fərqli dizayna malik xüsusi butslar hazırlanıb. Yeni kolleksiya "adidas" şirkəti və Y-3 brendinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.

"Beast" adı verilən kolleksiya iki müxtəlif modeldən ibarətdir. Dizaynda yaponiyalı modelyer Yohci Yamamotonun 2006-cı ildə təqdim etdiyi məşhur kolleksiyadan bəhrələnilib. "Predator 26" modeli narıncı, sarı və qara rənglərin ahəngi ilə fərqlənir və pələng təsviri ilə bəzədilib. Kolleksiyaya daxil olan "F50" modelinin üzərində isə əjdaha motivi yer alır.

Ayaqqabılar oyunçular arasında artıq bölüşdürülüb. "Barselona"nın vingeri Lamin Yamal üçün əjdaha təsvirli "F50" modeli nəzərdə tutulub. Kataloniyalıların digər hücumçusu Rafinya və "Real Madrid"in yarımmüdafiəçisi Bellingem isə yaşıl meydançaya pələng dizaynlı "Predator" butsları ilə çıxacaqlar.

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər