Rəşad Nəbiyev dünya çempionatında medalçılarla görüşdü

ACF prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında iştirak etmiş və medal qazanmış cüdoçularla görüşərək onları təbrik edib və gələcək uğurlar…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Rəşad Nəbiyev və Azərbaycan cüdo millisi görüş zamanı
Foto: İdman.biz

20 oktyabr 2026, Çərşənbə axşamı — Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında iştirak etmiş və medal qazanmış milli komandamızın üzvləri ilə görüşüb.

R.Nəbiyev görüş barədə rəsmi Facebook hesabında paylaşım edib. O, idmançıların əldə etdikləri uğurları yüksək qiymətləndirdiyini, onların əzmkarlığının, peşəkarlığının və idman ruhunun ölkəmizin idman nüfuzunun yüksəldilməsinə töhfə verdiyini qeyd edib: “Cüdoçularımıza gələcək yarışlarda yeni uğurlar və qələbələr arzuladıq!”

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçirilən dünya çempionatını rekord göstərici ilə — yeddi medalla başa vurub. Medal qazanmış idmançılar aşağıdakılardır:

  • Əhməd Yusifov — 60 kq (qızıl)
  • Zelim Tçkayev — 81 kq (gümüş)
  • Uşanqi Kokauri — +100 kq (gümüş)
  • Rəşid Məmmədəliyev — 73 kq (bürünc)
  • Ömər Rəcəbli — 81 kq (bürünc)
  • Murad Fətiyev — 90 kq (bürünc)
  • Kənan Nəsibov — +100 kq (bürünc)

Mənbə: GettoSport

Paylaş

Son xəbərlər