Rəşad Sadıqov: Zədəlilər geri dönəndə daha yaxşı olacağıq
27 noyabr 2026-da Neftçi ilə oyundan sonra Rəşad Sadıqov komandasının oyunundan, vinger çatışmazlığından və Vernidubla gərginlikdən danışdı.

27 noyabr 2026, Bakı — Misli Premyer Liqasının 13-cü turunda Neftçi Zirəni 1:0 məğlub etdikdən sonra Zirə klubunun baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı. Bu barədə Offsideplus.az məlumat yayıb.
Sadıqov oyunun uğursuz başladığını, rəqibin ilk dəqiqələrdə pressinqini gözlədiklərini və dəqiqələr ötdükcə topa nəzarəti ələ aldıqlarını bildirdi: “Oyun bizim üçün uğursuz başladı. Rəqibin ilk dəqiqələrdə pressinq edəcəyini bilirdik. Dəqiqələr ötdükcə topa nəzarət edirdik, təhlükəli hücumlar olmasa da. Yaxşı hücumlarımız var idi. Futbolçularımdan razı qaldım. Liderə qarşı oynadıq.”
Çalışdırıcı həmçinin zədəli oyunçuların komanada önəmli rol oynayacağını vurğuladı: “Zədəlilər geri döndükdək sonra daha yaxşı olacağıq”. Vinger mövqeyində çatışmazlıqdan danışan Sadıqov Leqbo və Erendən bəhs etdi: “Bizdə vinger qıtlığı var. Tək vinger Erendir. Planımızda olur ki, Leqbo müdafiədə də, irəlidə də oynasın. İki mövsüm əvvəl Finlandiyada 15 qol vurub. İkinci hissəni yaxşı keçirdik.”
Sadıqov həmçinin Vernidubla aralarındakı gərginlik barədə fikrini bölüşüb: “Fikrimi bildirdim ki, artıq kəlmələr danışırsız. Ötən oyunda belə idi. Dedim ki, ‘Neftçi’dəsiz deyə hörmətimdən heç nə demirəm. Fasilədə də söz atırdı.”
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Rəşad Sadıqov
Neftçi
Misli Premyer Liqa


