Rikkardo Kalayfiori Mikel Artetanın təsirindən danışıb
Arsenalın müdafiəçisi Rikkardo Kalayfiori baş məşqçi Mikel Artetanın onun həm oyunçu, həm də şəxsiyyət kimi inkişafındakı rolundan bəhs edib.

"Arsenal"ın italiyalı müdafiəçisi Rikkardo Kalayfiori komandanın baş məşqçisi Mikel Arteta ilə iş birliyi barədə fikirlərini bölüşüb. O, ispaniyalı mütəxəssisin peşəkar yanaşmasının onun inkişafına əhəmiyyətli dərəcədə təsir etdiyini vurğulayıb. Bu barədə Offsideplus.az məlumat yayıb.
Kalayfiori Artetanın məşq proseslərində və matçlarda yüksək tələbkarlıq nümayiş etdirdiyini bildirib. Futbolçunun sözlərinə görə, məşqçinin daim təzyiq altında saxlaması yekun nəticədə oyunçunun özünü təkmilləşdirməsinə xidmət edir: "Düşünürəm, o məni şəxsiyyət kimi həqiqətən anladı, mən də onu başa düşürəm. İngiltərədə dedikləri kimi, o daim tələb edir, hər gün, hər məşqdə, hər oyunda. Amma sonda onun istədiyini edirsən, çünki bunun düzgün olduğunu anlayırsan".
Müdafiəçi əlavə edib ki, Arteta ilə əməkdaşlıq ona meydanda və meydandan kənarda daha yaxşı bir insan və futbolçu olmağa kömək edib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Mikel Arteta
Arsenal


