Roy Keane Mançester Yunayted azarkeşlərini tənqid etdi

Roy Keane Mançester Yunayted-in Liverpul-a 0:4 məğlubiyyəti sonrası azarkeşlərin futbolçuları alqışlamasına görə sərt tənqid edib və məsuliyyət tələb edib.

Dumanlı Albion redaksiyası••1 dəq oxu
Paylaş
Roy Keane mətbuat konfransında sərt açıqlama verərkən
Foto: Sportinfo.az

24 noyabr 2026 — Keçmiş kapitan Roy Keane Mançester Yunayted-in Liverpul səfərində 0:4 hesablı məğlubiyyətindən sonra klub azarkeşlərinin futbolçuları alqışlamasına etiraz edib. Keane bu fikirlərini Sky Sports-a verdiyi açıqlamada səsləndirib. Bu barədə Sportinfo.az məlumat yayıb.

O, azarkeşlərin alqışı təəccüblü hesab edərək komandanın daha yaxşı oynamalı olduğunu vurğulayıb: “Eşitdiklərimə inana bilmirəm. Azarkeşlər futbolçuları alqışlayırlar. Nəyə görə? Bu qədər bərbad oyuna görə?”

Keane həmçinin meydanda məsuliyyət və mübarizə çağırışı edib: “Heç olmasa, bir az mübarizə aparın, müəyyən səviyyədə ustalıq nümayiş etdirin. Futbolçular meydanda verdikləri qərarlara görə nə vaxt məsuliyyət daşımağa başlayacaqlar?”

Keane matçın nəticəsini də sərt tənqid edərək əlavə edib: “Liverpul 8-9 qol vurmalı idi. Açığı, söyüş söymək istəyirəm. 0:4 hesablı məğlubiyyəti necə belə dəhşətli olmayan nəticə kimi qiymətləndirmək olar?”

Roy Keanenin bu çıxışı İngiltərə Premyer Liqasının 11-ci turunda Mançester Yunayted-in Liverpul qarşısında aldğı 0:4 hesablı məğlubiyyətdən sonra verilib.

Mənbə: Sportinfo.az

Hazırladı: GettoSport

Paylaş

Son xəbərlər