Ruben Neveş Danimarkadan alınan ağır məğlubiyyəti şərh etdi
Portuqaliya millisinin yarımmüdafiəçisi Ruben Neveş Millətlər Liqasında Danimarkaya 1:4 hesabı ilə uduzduqları oyundan danışıb.

Portuqaliya millisinin yarımmüdafiəçisi Ruben Neveş noyabrın 14-də Danimarkaya qarşı keçirilən Millətlər Liqası matçından sonra açıqlama verib. 1:4 hesablı məğlubiyyəti şərh edən futbolçu rəqibin qələbəyə tam layiq olduğunu etiraf edib. Bu barədə Offsideplus.az məlumat yayıb.
Neveş komandasının qarşılaşmada zəif çıxış etdiyini bildirib:
"Biz uğursuz oyun keçirdik. Danimarka oyuna çox güclü başladı, aqressiv oynadı, biz isə rəqiblə mübarizədə geri qaldıq. Artıq bu epizodlarda uduzduq. Sonra qollar gəldi: əvvəlcə penalti ilə qol buraxdıq, fasilədən sonra isə ikinci hissəyə fəal başlamaq istəsək də, ardıcıl iki top buraxdıq. Bu, işimizi xeyli çətinləşdirdi. Danimarka bu qələbəyə tam layiq idi, biz isə mütləq inkişaf etməliyik".
Yarımmüdafiəçi buraxılan qollardan bəhs edərək səhvlər üzərində işləməli olduqlarını vurğulayıb. O, həmçinin Kriştiano Ronaldonun təltif olunması mərasiminin matçın nəticəsinə heç bir təsir göstərmədiyini qeyd edib.
Mənbə: Offsideplus.az
Hazırladı: GettoSport
Millətlər Liqası
Portuqaliya millisi
Kriştiano Ronaldo


