Rui Jorge U-20 komandasının potensialını yüksək qiymətləndirdi
U-20 millimizin baş məşqçisi Rui Jorge İraqla ikinci yoxlama oyunundan sonra futbolçuların inkişafından və xalqı sevindirmə arzusundan danışdı.

Portuqaliyalı baş məşqçi Rui Jorge 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının İraqın eyni yaş qrupuyla oynadığı ikinci yoldaşlıq görüşündən sonra komandanın potensialını və inkişafını yüksək qiymətləndirib. Bu barədə Sportinfo.az məlumat yayıb.
Mətbuat konfransında Rui Jorge meydandakı rəqabət və intensivlikdən razılıq ifadə edib və oyunçuların səylərini təqdir edib: “Futbolçuların potensialına bələdəm, bundan da yaxşısını bacararlar. Ən böyük istəyim odur ki, Azərbaycan xalqı oyunlarımıza baxıb sevinsin, qürur hissi keçirsin”.
Mütəxəssis həmçinin komandaların əvvəlki görüşlə müqayisədə yaxşılaşdığını vurğulayıb: “Hər iki komanda ilk matçla müqayisədə daha yaxşı çıxış etdi. Çox gözəl stadionda oyun keçdi. Meydanda rəqabət, intensivlik var idi. Bu günə kimi üzərimizdə necə əzmkar çalışırıqsa, eyni qaydada da davam edirik.”
Rui Jorge əlavə edib ki, ona sevinc verən məqamlardan biri sərəncamındakı futbolçuların davamlı inkişaf etməsi və məşqlərin hər bir saniyəsindən düzgün yararlanmaqlarının olmasıdır: “Sərəncamımızda olan futbolçuların inkişaf etmələri məni sevindirir. Məşqlərin hər bir saniyəsindən düzgün yararlanmağa çalışırlar və öz üzərlərində işləyirlər”.
Qeyd edək ki, komandalar arasında noyabrın 17-də Sumqayıtdakı SOCAR Polymer Arena-da keçirilən ilk yoxlama oyunu qolsuz heç-heçə ilə başa çatmışdı.
Mənbə: Sportinfo.az
Hazırladı: GettoSport
Azərbaycan millisi


