RUN X World Treadmill Championship başladı

RUN X dünya çempionatı oktyabrın 23-də start götürdü; təsnifat 20 ölkədə 400 fitness mərkəzində 5 km-lik yarışla yanvarın 24-dək davam edəcək.

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Technogym trenajorunda qaçış edən idmançı və RUN X loqosu
Foto: İdman.biz

24 oktyabr 2026. Dünyada ilk dəfə qaçış trenajorlarında keçirilən RUN X World Treadmill Championship oktyabrın 23-də start götürüb. Turnirin təsnifat mərhələsi dünyanın 20 ölkəsində yerləşən 400 fitnes mərkəzində təşkil olunur.

Yarış Technogym şirkəti ilə birgə və World Athletics-in iştirakı ilə reallaşdırılır. İştirakçılar Technogym-in rəqəmsal sisteminə qoşulmuş xüsusi trenajorlar üzərində 5 km məsafə qət etməlidirlər; nəticələr avtomatik olaraq qeydə alınır və beynəlxalq reytinqə daxil edilir.

Təsnifat mərhələsində qeydiyyat ödənişsizdir, lakin bəzi fitness mərkəzləri ziyarət üçün ayrıca ödəniş tələb edə bilər. Təsnifat oktyabrın 23-dən başlayaraq 2027-ci il yanvarın 24-dək davam edəcək.

Hər ölkədə ən yaxşı nəticə göstərən iştirakçıların 25 faizi yanvarın 30-dan fevralın 28-dək keçiriləcək regional mərhələyə vəsiqə qazanacaq. Final yarışları 2027-ci il martın 20–21-də İtaliyanın Çezena şəhərində, Technogym Village kompleksində təşkil ediləcək.

Finalın ümumi mükafat fondu 100 min dollar təşkil edəcək. Bundan əlavə, kişilər və qadınlar arasında mütləq qaliblərin milli federasiyalarına 2027-ci ildə Çinin Yançjou şəhərində keçiriləcək şose qaçışı üzrə dünya çempionatının 5 km məsafəsinə xüsusi dəvət hüququ veriləcək.

Yarışın səfirləri kimi 10 000 m üzrə dünya çempionu Cimmi Qressye və amerikalı qaçışçı Sara Holl seçiliblər. Təşkilatçılar yeni formatın peşəkar və kütləvi idmanı yaxınlaşdıracağını bildirirlər.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər