Ruslan Nurullayev U23-də bürünc qazandı, Olimpiya hədəfi qoydu

17 oktyabr 2026 — Las-Veqasda U23 dünya çempionatında 77 kq-da bürünc edən Ruslan Nurullayev gələcəkdə Olimpiya lisenziyası qazanmağı əsas məqsədinə…

GettoSport redaksiyası••1 dəq oxu
Paylaş
Ruslan Nurullayev medal ilə podyumda, Las-Veqas U23 dünya çempionatı
Foto: İdman.biz

17 oktyabr 2026 — ABŞ-ın Las-Veqas şəhərində keçirilən güləş üzrə U23 dünya çempionatında 77 kq çəki dərəcəsində yarışan yunan-Roma güləşçimiz Ruslan Nurullayev üçüncü yerə çıxaraq bürünc medal əldə edib.

Nurullayev yarışdan sonra verdiyi açıqlamada uzun müddət bu turnirə hazırlaşdığını, ilk görüşdə məğlub olduğunu, lakin sonrakı döyüşlərdə qələbələr qazanaraq bürünc medala sahib olduğunu bildirib. O, həmin yarışda etdiyi kiçik səhvlərin qızıl medala mane olduğunu etiraf edib: "Həmin səhvlər olmasaydı, çempion ola bilərdim. Onları düzəltmək üçün hələ də vaxt var."

Güləşçi daha əvvəl 72 kq-da çıxış etdiyini, indi isə olimpiya çəki dərəcəsi olan 77 kq-a keçdiyini vurğulayıb. Bu qərarı gələcək hədəfləri ilə izah edən Nurullayev deyib: “Çəki dərəcəmi dəyişdim. Çünki qarşıdan olimpiya ili yaxınlaşır. Reytinq turnirləri gələn ildən lisenziya xalları verəcək. Hər bir idmançı kimi, mən də Olimpiadada çıxış etmək istəyirəm.”

Nurullayev U23-də bu çəkidə rəqabətin böyük olduğunu, qarşısına qoyduğu ilk əsas məqsədin Olimpiya Oyunlarına lisenziya qazanmaq olduğunu və gələn il sonuncu dəfə U23 dünya çempionatında iştirak edərək titula namizəd olacağını bildirib.

Mənbə: GettoSport

Paylaş
BU XƏBƏRDƏ

Son xəbərlər