GETTOSPORT

Sabah Çempionlar Liqası oyunu üçün hazırlıqları davam etdirir

Sabah klubu Çempionlar Liqasının əsas mərhələsində Slaviya Praqa ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda UEFA-nın tələblərinə uyğun işlər görülür.

GettoSport redaksiyası••1 dəq oxu
Bakı Olimpiya Stadionunun panoramik görüntüsü
Foto: İdman.biz

UEFA nümayəndələri Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində keçiriləcək oyun öncəsi Bakı Olimpiya Stadionunda yenidən baxış keçirəcəklər. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidovun sözlərinə görə, yoxlama prosesi oktyabrın 13-də Çexiyanın "Slaviya Praqa" komandası ilə baş tutacaq matçdan bir neçə gün əvvəl reallaşacaq.

UEFA rəsmiləri daha əvvəlki baxış zamanı stadionla bağlı öz rəy və təkliflərini təqdim ediblər. Klub rəsmisi bildirib ki, Çempionlar Liqasının tələbləri nəzərə alınaraq arena rəhbərliyi ilə birlikdə intensiv işlər aparılır. Hazırda nəzərdə tutulan tədbirlərin böyük hissəsi artıq yekunlaşıb və stadionun qarşılaşma gününə qədər tam hazır vəziyyətə gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, "Sabah" turnirin əsas mərhələsindəki ikinci oyununu məhz Bakı Olimpiya Stadionunda keçirəcək.

Son xəbərlər